Jyulen de Frepon Belçikanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Bu barədə  Krallığın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, o, hazırda xarici işlər nazirinin Avropa məsələləri və xarici ticarət üzrə müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Belçikanın Azərbaycandakı hazırkı səfiri Mişel Pitersmans diplomatik missiyasını bu ilin yayında başa vuracaq.

.