
Belarus müxalifətçisi Sergey Tixanovski azadlığa buraxılıb.
Bu barədə Belarus KİV-i məlumat yayıb.
Onun azad edilməsi Belarus lideri Aleksandr Lukaşenkonun ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq ilə görüşü fonunda baş verib.
Qeyd edək ki, S.Tixanovski 29 may 2020-ci ildə saxlanılıb. 2021-ci il dekabrın 14-də isə kütləvi iğtişaşların təşkili, Mərkəzi Seçki Komissiyasının işinə maneə törətmə və ictimai asayişi kobud şəkildə pozan hərəkətlərin təşkili maddələri ilə 18 il həbs cəzasına məhkum edilib.
.