13.12.2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərində daha bir ünvanda Azərbaycan Respublikasının Dövlət bayrağı ucaldıldı, bu baradə Azərbaycan Respublikasın BƏƏ-dəki fövqaladə və səlahiyyətli səfiri Daşqın Şikarov öz feysbuk hesabında paylaşım edib.



Səfir bildirib ki, Dubayın ən prestij rayonu olan Cümeyrada dünyaca məşhur Burj al Arab və Jumeirah Beach Hotel mehmanxanları ilə üzbəüz yerləşən TheMall ticarət mərkəzinin qarşısında dalğalanan Azərbaycan bayrağı hər bir Azərbaycanlıda qürur yaratmaqla yanaşı, ölkəmizin BƏƏ-də daha çox tanıdılmasına xidmət edəcək. Bayrağın quraşdırıldığı premium sinif ticarət mərkəzi hesab olunan The Mall-da Azərbaycan Respublikasının Abu Dabidəki səfirliyi nəzdində fəaliyyət göstərən ticarət nümayəndəliyinin ofisi, Azərbaycanın zəngin və BƏƏ sakinləri arasında sevilən mətbəxini təqdim edən restoran və kafe fəaliyyət göstərir. Yaxın günlərdə Azərbaycan məhsullarının təbliği, marketinqi, topdan və pərakəndə satışı ilə məşğul olacaq mağazanın da açılması ilə Dubayda Azərbaycan Evi konsepti tamamlanmış olacaq və tam gücü ilə Azərbaycan məhsullarının BƏƏ bazarında artırılması istiqamətində fəaliyyət göstərəcək.
.