Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidromteorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 5-8, gündüz 13-16 dərəcə isti olacaq. Noyabrın 9-da arabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi ərazilərində leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq.

Noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-11, gündüz 12-16 dərəcə isti olacaq.

Naxşıvan MR-da 8-10 noyabrda əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Havanın temperaturu gecə 1-6° isti, dağlıq ərazilərdə 2° şaxta, gündüz 17-22° isti olacaq.

Gəncə-Qazaxda 8-10 noyabrda əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. olacaq. Havanın temperaturu gecə 1° şaxtadan 3º-dək isti, gündüz 13-18° isti olacaq.

Dağlıq Şirvan 8-10 noyabrda, hava əsasən, yağmursuz keçəcək. 9 Noyabrda bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. təşkil edəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Qarabağ və Şərqi Zəngəzurda 8-10 noyabrda hava, əsasən, yağmursuz keçəcək, arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. təşkil edəcək.

Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 5° şaxta, gündüz 7-12° isti olacaq.

.