Bayram günlərində daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş rejimdə xidmət edəcək.

Bunu daxili işlər naziri Vilayət Eyvazov Daxili İşlər Nazirliyində keçirilən əməliyyat müşavirəsində deyib.

Nazir şəxsi heyətə əhalidən daxil olan bütün çağırışlara dərhal və çevik reaksiya verilməsinin, naryad qruplarının fəaliyyətinin fasiləsizliyi, əhalinin narahatlığına səbəb ola biləcək halların aradan qaldırılmasının, hərəkətin intensiv olacağı küçə və prospektlərdə, magistral yollarda xidmətin nümunəvi təşkilinin vacibliyini diqqətə çatdırıb.

.