ABŞ Prezidenti Cozef Bayden 13-16 iyul tarixlərində regiona səfəri zamanı sabit enerji təchizatının təmin edilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün Yaxın Şərq liderləri ilə görüşüb.

Bu barədə Ağ Evin Amerika liderinin səfərinin yekunlarına dair yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd edildiyi kimi, Bayden Yaxın Şərq ölkələrinin liderləri ilə dünyada enerji sahəsində qeyri-sabitliklə bağlı mövcud problemlərin həllinin vacibliyindən danışıb.

Bundan əlavə, tərəflər 2022 və 2023-cü illərdə istehsalçı ölkələrdən sabit təchizatı təmin etməklə, o cümlədən emal gücünə investisiyaları artırmaqla artan enerji xərclərinə cavab verməyi müzakirə ediblər.

“Prezident Bayden OPEC+-un iyul və avqust aylarında tədarük artımı ilə bağlı son açıqlamasını alqışlayıb. ABŞ lideri, ölkədə rekord hasilatın fonunda bazar şərtlərindən və təhlillərdən asılı olaraq, qarşıdakı aylarda əlavə tədarük artımını gözləyir”, - deyə məlumatda bildirilir.

.