ABŞ Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirmək üçün Ukraynanı əlavə "Patriot" raketləri və "Patriot" hava hücumundan müdafiə batareyası ilə təmin edəcək.

Yenizaman xəbər bu barədə Ağ Ev məlumat yayıb.

"Bu, mənim bu ilin əvvəlində ABŞ-nin hava hücumundan müdafiə vasitələrinin ixracını Ukraynaya yönləndirmək qərarıma əsaslanır ki, bu da gələn il ərzində Ukraynanı yüzlərlə əlavə "Patriot" və "AMRAAM" raketləri ilə təmin edəcək və Ukraynaya öz şəhərlərini və əhalisini müdafiə etməyə kömək edəcək”- deyə Co Baydenin bəyanatında bildirilib.

Bayden əlavə olaraq gələn il əlavə 18 pilotun hazırlanmasını dəstəkləmək məqsədi ilə Ukrayna F-16 pilotları üçün təlimləri genişləndirməyi planlaşdırıb.

.