ABŞ Prezidenti Co Bayden İsraildə iki dövlətli həll yolunu müzakirə edəcək.

Bu barədə ABŞ Prezidenti Bayden Ben-Gurion hava limanında çıxışında deyib.

“Mənim fikrimcə israillilər və fələstinlilər üçün bərabər gələcəyi təmin etmək üçün ən yaxşı yol iki dövlətli həll yoludur”, - Prezident Bayden bildirib.

Bayden əlavə edib ki, yuxarıda qeyd edilən məsələnin yaxın zamanda perspektivi olmasa da, onun həll yoluna davamlı dəstəyi müzakirə ediləcək.

ABŞ Prezidenti ölkəsi ilə İsrail arasında əlaqələrə də toxunub. O, iki xalq arasında bağların möhkəm olduğunu, bu münasibətlərin heç vaxt olmadığı qədər yaxın olduğunu vurğulayıb.

.