İspaniyanın paytaxtı Madriddə başlayan NATO Sammitində Türkiyə, ABŞ və Böyük Britaniya liderləri arasında mətbuatın diqqətini çəkən maraqlı anlar yaşanıb.

Zirvə toplantısı başlamadan öncə üç lider arasında qısa söhbət olub.

Söhbət zamanı Böyük Britaniyanın Baş naziri Boris Conson türkiyəli həmkarına türk dilində “Çox gözəlsən” ifadəsini işlədib. Ərdoğan da cavab olaraq Consona “Çox gözəlsən” deyə qarşılıq verib .

Bu anlar ABŞ Prezidenti və digərləri tərəfindən gülüşlə qarşılanıb.

 

.