Baş Prokurorluq ekoloji hüquq pozuntularına qarşı mübarizəni davam etdirərək, pozuntulara yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə yanaşı belə pozuntulara şərait yaradan halların vaxtında müəyyən edilərək, aradan qaldırılması istiqamətində tədbirlər görür.

Bu barədə qurumun yaydığı məlumatda deyilir.

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ekoloji pozuntuların təhlil edilməsi ilə müəyyən edilib ki, yaşıllıqların uçotu və qeydiyyatı, həmçinin, reyestrin formalaşdırılması və aparılması sahəsində yerli icra və özünü idarəetmə orqanlarının fəaliyyəti lazımi səviyyədə təşkil edilmir:

 

"Belə ki, bir sıra hallarda yerli və özünüidarətmə orqanları yaşıllıqların uçot və monitorinqini apararaq, bu barədə məlumatları yaşıllıqların kadastrınının aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməməklə ekoloji hüquqpozuntularının törədilməsinə şərait yaradıblar.

Yaşıllıqların mühafizəsi sahəsində yol verdikləri qanun pozuntularından çəkinmələri barədə bir sıra yerli qurumlara rəsmi xəbərdarlıq edilib".

.