Martın 26-da ABŞ-Aİ zirvə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Avropa Komissiyasının prezidenti Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb.
Joze Manuel Barrozu bildirib: "Enerji təhlükəsizliyimizi təmin etmək və Rusiyadan enerji baxımından asılılığımızı azaltmaq üçün "Cənub Qaz Dəhlizi" vasitəsi ilə biz ilk dəfədir ki Şərqdən, ancaq Rusiyadan deyil, Azərbaycandan qaz alacağıq." /EUNews.az/
.