Bakıda vəkil özünü yandıraraq öldürüb.
Hadisə bu gün saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının qarşısı) qeydə alınıb.
Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.
Hazırda prokurorluq orqanların əməkdaşları hadisə yerini müayinə edir.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
.