Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

Hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında köüpünün yuyan AAYDA-nin əməkdaşı Nizami Məmmədovu vurub. 

Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.  

Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nin əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

.