Bakıda noyabrın yeddisində hərəkətin intensiv olduğu yolda təkrar xuliqanlıq hərəkətləri etməklə, nəqliyyat vasitələrinə mane yaratmaqda təqsirləndirilən şəxs həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dəfələrlə törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü T.Ələsgərli barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində cinayət işi başlanılıb. Məlumata görə, cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
.