Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birindən 23600 manat pul oğurlaması barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-dən bildirilib.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, həmin şirkətdə işləyən 32 yaşlı O.İslamov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

.