Xəzər rayonunda bir nəfər qadının 38500 manatının aldadılaraq alınması barədə polisə məlumat daxil olub.

Yenizaman DİN-ə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Z.Babayev və R.Məmmədov müəyyən olunaraq saxlanılıblar.


Araşdırma aparılır.

.