Bakıda keçirilən D-8 Media Forumu başa çatıb.
Forumun sonunda Birgə Bəyannamə qəbul edilib.
Forumun yekununda Azərbaycanda D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsü dəstəklənib və D-8 çərçivəsində media sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə Bakı bəyannaməsi qəbul edilib.
Tədbir Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən təşkil olunub və D-8 ölkələrinin aidiyyəti qurumlarının rəhbərlərini, aparıcı media şirkətlərinin nümayəndələrini, eləcə də yüksək vəzifəli rəsmiləri və sahə ekspertlərini bir araya gətirib.
İştirakçılar regional və beynəlxalq informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin hazırlanması, rəqəmsal media layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsi kimi məsələləri müzakirə ediblər.
Forum çərçivəsində iki panel sessiyası — “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiyalar” və “Strateji kommunikasiya və krizislərin idarə edilməsi”, həmçinin “Rəqəmsal dünyada media etikası: texnologiyalar, trendlər və narrativlər” adlı vorkşop təşkil olunub.
Foruma səkkiz ölkədən və D-8 Katibliyindən olan 71 nümayəndə daxil olmaqla, ümumilikdə təxminən 150 qonaq qatılıb.
.
