Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb. Bu əməli törətməkdə şübhəli bilinən A.Balabəyovanın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırmalar davam etdirilir.

1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

.