Aprelin 3-nə keçən gecə müşahidə edilən güclü külək Bakıda müəyyən fəsadlar törədib.
Lent.az-ın məlumatına görə, güclü külək Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində ("Səma" şadlıq sarayının yaxınlığı) yerləşən və təmir edilən 5 mərtəbəli yaşayış binasında ustalar üçün quraşdırılmış metal konstruksiyalı ayaqaltıları uçurub.
Nəticədə binanın qarşısında saxlanılmış 10-a yaxın avtomobilə ciddi ziyan dəyib.
Hazırda ərazidə vətəndaşlara dəymiş ziyanın həcmi dəqiqləşdirilir.
.
