Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçirilib.
RİA "Novosti” xəbər verir ki, bu barədə RusiyaMüdafiə Nazirliyiməlumat yayıb.
V.Gerasimov görüş zamanı NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərbi mövcudluğunun artdığını qeyd edərək bunun gərginliyi azaltmağa şərait yaratmadığını diqqətə çatdırıb.
