Bakıda evdən 17 min manatdan çox pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 26-da Qaraçuxur qəsəbəsində evlərin birindən 17700 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

.