Bu gün Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.

İclasın əsas mövzusu ticarət məsələləridir.

Bakıdakı danışıqlarda Aİ-nin nümayəndə heyətinə Avropa Ticarət Komissiyasının nümayəndəsi Petros Sremelis rəhbərlik edir.

Daha əvvəl Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Kestutis Yankauskas "Report"a açıqlamasında görüşün bağlı qapılar arxasında keçiriləcəyini bildirmişdi. Görüşdə həmçinin siyasi məsələlər də müzakirə ediləcək.
.