Bakıda keçiriləcək Azərbaycan ilə Slovakiya arasında İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası və biznes foruma hazırlıqla bağlı müzakirələr aparılıb.
Bunu Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Saková ilə görüşən iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Həmçinin görüşdə iki ölkə arasında Mərkəzi və Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanın potensialından istifadə imkanları müzakirə edilib.
Nazir qeyd edib ki, görüşdə ölkələr arasında iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər müzakirə edilib: “Biznes tərəfdaşlığının inkişaf perspektivləri, ölkələrimizin energetika sektorunda birgə fəaliyyəti, əczaçılıq sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb”.
.