Bakıda ölümlə nəticələnən daha bir yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 80 yaşlı Rahib Əhmədovun yaşadığı evdə yanğın olub. Nəticədə ev sahibi yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
.
