
“Mentor Klinika” və “Qlobal cərrahiyyə 2030 proqramı” layihələri çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı, Sumqayıt və Abşeron rayonu üzrə bir neçə nümunəvi xəstəxananın mentor klinika statusu alması planlaşdırılıb.
Bunu TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov qurumun fəaliyyətinə dair keçirilən növbəti geniştərkibli müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mentor klinika statusu müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərməsini təmin edəcək:
“Hazırda tibb müəssisələrində ixtisaslı tibbi xidmətlərin bərabər paylanmadığını müşahidə edirik. Layihəni ilkin pilot mərhələdə 1 il müddətində həyata keçirməyi planlaşdırırıq”.
.