"Bakı Metropoliteni" QSC "Nərimanov" stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlayıb.
Yenizaman bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq 5 saylı çıxışdan istifadə etmələri xahiş olunur.
İşlərin noyabrın sonuna qədər tamamlanması nəzərdə tutulur.
.
