Bu gün 19:00 radələrində "Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb.

Bu barədə "Bakı Metropoliteni"ndən bildirilib.

Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb. İntervaldan əlavə 24 dəqiqə yubanma yaranıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə hərəkət intervalların tənzimlənməsi və qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.

Sərnişinin səhhəti barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün "Bakı Metropoliteninin" “28 May” stansiyasında da sərnişin stansiya yoluna düşərək ölüb.

.