"Bakı Metropoliteni" QSC-nin xətlərinin ayrılması layihəsi ilə bağlı iki şaxtanın tikintisinə başlanılıb, yanvarda başa çatdırılacaq.

Bunu səhmdar cəmiyyətinin ikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.

"Bundan sonra xətlərinin ayrılması işlərinə başlanılacaq", - deyə metro rəsmisi qeyd edib.

Onun sözlərinə görə, xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri tunellərin inşasıdır: "200 metrə yaxın uzunluğu olan tunellər inşa ediləcək və bunun üçün "Yaşıl xətt" və "Qırmızı xətt" üzrə sərbəst hərəkət təmin ediləcək. Xətlərin ayrılması layihəsinin tərkib hissəsində olan hər iki tunelin inşası zamanı "Nizami" və "28 may" stansiyaları arasında hərəkət müvəqqəti saxlanılacaq".

M.Rzayev əlavə edib ki, dayanma müddətinin uzun olmaması üçün bəzi planlaşdırmalar aparılıb: "28 may" stansiyasının ərazisində iki ədəd yanaşma tunelinin inşasını önə saldıq ki, bu tunellərin inşası mümkün qədər qısa müddətdə hərəkət dayanmasına səbəb olsun. Hazırda 2 saylı şaxtada suvayvurma işlərinə başlanılıb. Eyni zamanda həmin ərazidə daha öncədən kommunikasiya işlərinin köçürülməsi tamamlanıb. 1 saylı şaxtanın ərazisi hasara alınıb və kommunikasiya xətlərinin köçürülməsi prosesi davam edir".

.