Bağdadın şimal hissəsində partlayış olub.
Virtualaz.org "Russian Today” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Kamikadze üzərindəki partlayıcı qurğunu xəstəxananın yaxınlığında yerləşən buraxılış-nəzarət məntəqəsində çoxlu insanın toplaşdığı yerdə partladıb.
Partlayışla bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
.