Müsabiqə çərçivəsində gerçəkləşdirilən fotosessiyada C. Qoluboviç qüsursuz bədənini nümayiş etdirib. "Kupalnik"də kameralar önünə keçən həmyerlimiz yarıçılpaq bədəni ilə türkləri özünə heyran edib.

Layihəyə əsaslı şəkildə hazırlaşan Qoluboviç, yüksək nəticə əldə edəcəyindən əmindir.

Qeyd edək ki, Türkiyənin paytaxtı İstanbulda keçirilən "Best Model of The World 2018" müsabiqəsində ölkəmizi C.Qoluboviçlə yanaşı, model Ş.Əhmədzadə də təmsil edəcək.

Xatırladaq ki, C.Qoluboviç "Best Model of Azerbaijan - 2018"də ikinci yerə layiq görülmüşdü. Birinci yerə layiq görülən Aygül Səfərova "Best Model of The World"də qatılmaqdan imtina etdikdən sonra Cəmilə Qoluboviç qalib hesab edilib.









.