19–25 aprel tarixlərində Özbəkistanda “Vətənpərvərlər” adlı beynəlxalq yarışma keçirilib. Yarışmada Belarus, Rusiya, Tacikistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan komandaları iştirak ediblər. Azərbaycan Respublikasını isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları təmsil ediblər.

Yarış çərçivəsində liseyin kursantı Əlizadə Əli tərəfindən təqdim olunan “ağıllı eynək” layihəsi xüsusi diqqət çəkib. Bu innovativ ixtira görmə qabiliyyəti zəif olan və ya kor insanlar üçün nəzərdə tutulub. Eynək istifadəçiyə ətraf mühiti daha rahat qavramağa və hərəkət etməyə kömək edir, onların gündəlik həyatını asanlaşdırmağı hədəfləyir.

Layihə iştirakçı komandalar arasında seçilərək ən yüksək nəticəni göstərib və 1-ci yerə layiq görülüb. Qalib komanda mükafatla təltif olunub, mükafat isə hərbi hissə komandiri tərəfindən təqdim edilib.

Bu uğur Azərbaycan gənclərinin innovasiya və texnologiya sahəsindəki potensialını bir daha nümayiş etdirir.

.