Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli məsələlər, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və regiondakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti müzakirə olunub.
.