Azərbaycanın konstitusion quruluşuna qarşı cinayətlər təşkil etməkdə təsirləndirilən İmamverdi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib.
Qeyd edək ki, İmamverdi Əhmədovun Cinayət Məcəlləsinin 28,278.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.
Belə ki, ittihama əsasən, İmamverdi Əhmədov 2023-cü ilin aprel ayından etibarən özü ilə eyni radikal dini əqidəyə malik şəxsləri ətrafına toplamaq, Azərbaycan ərazisində iğtişaşlar törətmək, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq hərəkətləri etməklə ölkə ərazisində konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilməsi və eyni məqsədlə müxtəlif şəxslərə silahlı təlimlər təşkil edilməsi istiqamətində fəaliyyət göstərib, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirlər zamanı cinayət əməllərinin qarşısı alınaraq saxlanılıb.
.