Bu ilin yanvar-may aylarında Azərbaycanla Hindistan arasında ticarət əməliyyatlarının həcmi 657 milyon 39 min ABŞ dolları təşkil edib.

Bu barədə  Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% azdır.

Hesabat dövründə Hindistan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,56%-i həcmində olub.

Beş ayda Azərbaycan Hindistana 569 milyon 840 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da illik müqayisədə 6,9% azdır. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 5,12%-i Hindistanın payına düşüb.

Yanvar-may aylarında Azərbaycan Hindistandan məhsul idxalını illik müqayisədə 1,7% azalaraq 87 milyon 199 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Hindistan ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 1,19%-ni təşkil edib.

.