Azərbaycanın gələnilki dövlət büdcəsinin xərclərinin 20 062,2 milyon manatını və yaxud 67,1%-ni cari xərclər təşkil edəcək.

Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 11,3% çoxdur.

Büdcə xərclərinin 8 024,8 milyon manatı və yaxud 26,9%-i isə əsaslı xərclər olacaq. Bu isə illik müqayisədə 3,5% azdır.

Gələn il dövlət borcuna xidmətlə bağlı xərclər isə bu illə müqayisədə 18,55% az - 1 792 milyon manat yönəldiləcək.

.