Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu xarici dövlətlərlə hərbi birlik və hərbi əməkdaşlığda fərqləndiklərinə görə medallarla təltif olunublar.

Medallar Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarının yolasalınma mərasimi zamanı təqdim olunub.

Medalları Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov təqdim edib.

.