Azərbaycandan Rusiyaya ekstradisiya edilən bloger Tural Məmmədov Dağıstandan Sankt-Peterburqa aparılıb.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci bəndi (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə törədilən xuliqanlıq), həmçinin, 282-ci maddə (informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) ilə ittiham olunur.
O, noyabrda Azərbaycandan Rusiyaya təhvil verilib.
Ümumilikdə, həmin cinayət işləri üzrə 15 təqsirləndirilən şəxs var.
.