Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.

Bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, kvotadan əlavə 30-dan çox şəxs müraciət etsə də, say tamamlandığından onların müraciətləri qəbul edilməyib: 

"Builki zəvvarlar arasında cəmi 1 faiz təkrar gedənlərdir. Əksəriyyət isə yeni və gənc zəvvarlardır. Heyətlə həmçinin 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub". 

Qeyd edək ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək. Axırıncı qrup isə mayın 31-i üçün planlaşdırılır. Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.

Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib. 

.