Bu ilin yanvar - sentyabr aylarında Azərbaycandan Avropaya təxminən 9,4 mlrd. kubmetr qaz ixrac olunub.
Bunu energetika naziri Pərviz Şahbazov deyib.
Qeyd olunub ki, hesabat dövründə Türkiyəyə 7,3 mlrd. kubmetr, Gürcüstana isə 1,7 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP kəmərə vasitəsilə Türkiyəyə 4,2 mlrd. kubmetr qaz nəql edilib.
“Bu ilin 9 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 4,2% çoxdur”, - paylaşımda qeyd olunub.
.