Laçında baş verən zəlzələ Ermənistan ərazisində də hiss olunub.

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti Laçında qeyd alınmış yeraltı təkanın Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində 3-4 bala qədər hiss olunduğu barədə məlumat yayıb.

***

12.56

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ hiss olunub.

***

12:30

 

Noyabrın 23-də Laçın rayonu ərazisində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.

.