
Bu ilin ilk doqquz ayı ərzində 100 minə yaxın şəxs könüllü şəkildə qan verərək donor olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Qan Bankından məlumat verilib.
Bildirilib ki, son illərdə Azərbaycanda könüllü qan donorlarının sayında nəzərəçarpacaq artım qeydə alınıb.
"Ötən ilin eyni dövründə təxminən 93 min nəfər donor qeydə alınmışdı".
Qurumdan verilən məlumata görə, hazırda Respublika Qan Bankında və onun regional bölmələrində daimi qan köçürülməsi tələb edilən pasiyentlər, rutin tibbi əməliyyatlar və təcili hallar üçün kifayət qədər ehtiyat mövcuddur.
.