Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.

Qanunda deyilir:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında да qanunu imzalayıb.

Qanunda deyilir:

Maddə 1. Ehtiyac meyarının həddi

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

.