Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 42 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 142 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1 593 nəfər vəfat edib, aktiv xəstə sayı 54 750 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 778, bu günə qədər isə ümumilikdə 1 817 804 test icra olunub.

.