
Aprelin 21-də Bakı və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.
- Havanın temperaturu:
- Gecə: 10-12° isti
- Gündüz: 16-21° isti
- Atmosfer təzyiqi: 761 mm civə sütunu
- Nisbi rütubət:
- Gecə: 70-75%
- Gündüz: 50-55%
Azərbaycanın rayonlarında hava proqnozu
Əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağış və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
- Havanın temperaturu:
- Gecə: 6-11° isti
- Gündüz: 20-25° isti
- Dağlıq ərazilərdə:
- Gecə: 2° şaxtadan 3°-dək isti
- Gündüz: 8-13° isti