2026-cı ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 5 bərpa, tikinti və idarəetmə xidmətinə ümumilikdə 20,429 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Bu barədə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Sənədə əsasən, bu, 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 48,7 % və yaxud təxminən 2 dəfə azdır.

Gələn il bu xərclər büdcə xərclərində 0,05 % paya malik olacaq.

Xidmətin adı

Dövlət büdcəsindən ayrılan vəsait

(milyon manat)

2026-cı il

2025-ci il

1

"Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti"

5,074

9,553

2

"Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti"

3,350

6,9

3

"Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti"

2,456

4,890

4

"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti"

7,289

13,587

5

"Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti"

2,260

4,889

 

Cəmi

20,429

39,819

.