Azərbaycan Xarici İşlər Nazirliyi Avstriyadakı terrorda dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında paylaşım edilib:

“Vyanada baş verən dəhşətli hücumlar nəticəsində həlak olanların ailələrinə ürəkdən başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkən bir ölkə olaraq terrorun bütün formalarını və təzahürlərini pisləyir”.

.