![](/uploads/img/posts/2024/02/12/17943d23-9ce4-3e03-9762-6905da101bb9_850jpg-1707735838.jpg)
Fevralın 12-nə qədər Azərbaycan və Türkiyədən Rusiyaya 20 milyona yaxın yumurta ixrac edilib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Bildirilib ki, fevralın 5-dən 12-dək Rusiyaya sonrakı satış üçün “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Azərbaycandan 2,4 milyon, Türkiyədən isə 4,1 milyon ədəd ərzaq yumurtasının növbəti partiyası daxil olub.
.