Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Qırğızıstanın Bakıdakı səfiri Maksat Mamıtkanov ilə görüş keçirib.

Bu barədə Yenizaman Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı tərəflər iki ölkə arasında müdafiə sənayesi sahəsində mövcud qarşılıqlı əlaqələri və bu istiqamətdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, sentyabr ayında Bakıda keçirilmiş "ADEX-2024" Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı fikir mübadiləsi aparılıb.

.