Azərbaycan Şahmat Federasiyası (AŞF) Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq evini ziyarət edib.

"1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaq evinin balaca sakinləri ilə görüşən AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov onları bayram münasibətiylə təbrik edib.

Federasiya adından balacalara şahmata aid kitablar, eləcə də müxtəlif hədiyyələr təqdim olunub.

.