Qarabağ məsələsində də biz əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla çiyin-çiyinə idik, savaşın ilk günündən bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Prezidentinin bizə göstərdiyi siyasi, mənəvi dəstək, Türkiyənin xalqının bizimlə bərabər olması gücümüzə güc qatıb.

Bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

"Biz tarixi ədaləti bərpa etdik, bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsiz yaşayır", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin yaradılmasının da çox gözəl hadisə olduğunu diqqətə çatdırıb.

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub.

Bu sözləri Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında söyləyib.

Dövlət başçısı bildirib: “Bu gün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.


 

.